Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək


Azərbaycan Konstitusiyasının 30 illik yubileyi münasibətilə cari il iyulun 16-da Bakıda "Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqaləsində qeyd edib.

O bildirib ki, konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, Gürcüstan, İraq, Moldova, Serbiya, Tacikistan və Şimali Kipr Türk respublikalarının konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanlarının nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Konfrans çərçivəsində konstitusiya ədalət mühakiməsinin aktual məsələlərinə həsr olunmuş məruzələr təqdim olunacaq, hüquqi dövlət quruculuğunda və konstitusiya prinsiplərinin reallaşdırılmasında konstitusiya ədalət mühakiməsi orqanlarının rolu geniş şəkildə müzakirə ediləcək.

Eyni zamanda, konfrans iştirakçıları müasir dövrdə konstitusiya ədalət mühakiməsi nin qarşısında duran çağırışları, milli və beynəlxalq səviyyədə tətbiq olunan yeni yanaşmaları nəzərdən keçirəcəklər.

Oxşar xəbərlər

Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-la bağlı Azərbaycana uğurlar arzulayıblar
Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına sədrlik Azərbaycana verilib
TÜRK-AY-a sədrlik Azərbaycan Konstitusiya Məhkəməsinə verilib
Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib
Konstitusiya Məhkəməsinin yarandığı gündən qəbul etdiyi qərar və qərardadların sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər