Gədəbəydə yol qəzası nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gədəbəydə yol qəzası nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub - YENİLƏNİB


Xəbər veridiyimiz kimi, Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.



***
22:06

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Şəmkir–Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobili ilə “Lada” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Biləsuvarda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Beyləqanda yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər