Beyləqanda yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB
Martın 12-də saat 17:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilən şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Fəridə
***
09.46
Beyləqanda baş verən qəzada altı nəfər xəsarət alıb.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, qəza ötən gün rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan dörd nəfərinin Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beyləqanda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
Beyləqanda yol qəzasında altı nəfər xəsarət alıb
Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Beyləqanda yol qəzası olub, altı nəfər xəsarət alıb
Ağcabədidə ağır qəza nəticəsində ölən və yaralananların kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
