“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2025
19:00
0
0
1 253

“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

07 iy, 2025
19:00
1 253

“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb.

FHN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

18:01

“20 yanvar” stansiyasının yaxınlığında açıq ərazi yanır.

FHN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın