“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans keçirilib
“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda elm və təhsil naziri, dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər "Azərbaycanda dini təhsil: keçmişdən bugünə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzuları ətrafında danışıblar.
Bildirilib ki, konfransın əsas məqsədi Azərbaycanda dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Elmi-praktik konfrans mövzu ətrafında panellərlə davam edib.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Sahib Alıyev: Dini təhsil elm və tərbiyə ilə balanslı şəkildə aparılmalıdır
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
Rəvan Həsənov: İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar
Rektor: Dinin əsas prinsipləri cəmiyyətə din təhsili ilə çatdırılmalıdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













