TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
12:30
ff aaaaaaa

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər

29 in, 2026
12:30
970

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.

"Report" xəbər verir ki, nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qonaqlar Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, sabah Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçiriləcək.

Tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul