Osman Yaylalı: Ağdam ayaqqabı zavodu ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir
Ağdam Sənaye Parkında fəaliyyətə başlayan ayaqqabı zavodunun məhsulları daxili bazara çıxarılacaq.
Bunu “Sizinxeber.az”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam Sənaye Parkında yaradılan "BAFCO İnvest” MMC xüsusi təyinatlı ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.
Onun sözlərinə görə, “BAFCO İnvest” 2023-cü ildən etibarən, Ağdam Sənaye Parkında öz istehsal sahəsini yaradıb:
“Sənayi Parkının 2,5 hektarlıq ərazisinə fəaliyyət göstərən zavodda xüsusi keyfiyyətdə müxtəlif çeşidli və ayrı-ayrı fəsillərə uyğun ayaqqabılar istehsal edilir. Ayaqqabıların üst hissəsi təbii dəridən, alt hissəsi isə bükülmə, sürtünmə və aşınmaya davamlı olan materialdan hazırlanır”.
O.Yaylalı bildirib ki, zavodda istehsal edilən uzunboğaz çəkmə və ayaqqabılar təbii təsirlərə və kimyəvi maddələrə qarşı davamlılığı ilə seçilir:
“Zavod Almaniya istehsalı olan ən son model avadanlıqlarla təchiz edilib. Müəssisə ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir. “BAFCO İnvest”in məhsulları "Made in Azerbaijan" brendi altında daxili bazarlara çıxarılacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.
Oxşar xəbərlər
Prezident Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında olub
Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışı olub
Zavod direktoru: Ağdamda elektromobillər üçün enerji doldurma cihazları istehsal olunacaq
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
