Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma başlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir:
"Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək".
Eyni zamanda qeyd olunub ki, belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə edərsə, onlardan izahat alınır. Analoji hadisələrin təkrarlanacağı təqdirdə isə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir.
Qeyd edək ki, ötən günlərdə "Məlhəm" klinikasının mammoloq-radioloqu Günel Qəmbərova "instagram" sosial media hesabında işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü paylaşıb.
Oxşar xəbərlər
Qalmaqallı klinikada yenidən yoxlama aparıldı - RƏSMİ AÇIQLAMA
Bakıda estetik klinikada yoxlama aparılıb, protokol tərtib edilib
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı
Bakıda fəaliyyətinin dayandırıldığı deyilən estetik klinika açıqdır: Pasiyentləri qəbul edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
