Əlcəzair və Türkiyənin bəzi vilayətlərindən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
sizinxeber.az xəbər saytı

Əlcəzair və Türkiyənin bəzi vilayətlərindən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzairin Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyənin Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər

Fransa və Əlcəzairin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Bəzi ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycana Litvadan quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Bəzi ərazilərdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle