Bəzi ərazilərdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub
Yunanıstan, Polşa, Nigeriya və İngiltərənin bəzi ərazilərindən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstanın Krit adasında xırdabuynuzlu heyvanların çiçək, Polşanın Kuyavsk-Pomorsk inzibati ərazisində Nyukasl, Nigeriyanın Katsina ştatında, İngiltərənin Qərbi Midland və Cənub-Şərqi İngiltərə regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycanın qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə xırdabuynuzlu heyvanların və heyvan mənşəli məhsulların, eləcə də quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Fransa və Əlcəzairin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Avropanın dörd ölkəsinin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycan xırdabuynuzlu heyvanların Yunanıstandan idxalına məhdudiyyət qoyub
AQTA: Almaniya və ABŞ-dən gətirilən bəzi məhsullara məhdudiyyət qoyulub
Polşanın bir ərazisindən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













