Şuşa Müalicə-Sağlamlıq Mərkəzində Turşsu və yod brom vannalarından istifadə olunacaq
sizinxeber.az xəbər saytı

Şuşa Müalicə-Sağlamlıq Mərkəzində Turşsu və yod brom vannalarından istifadə olunacaq


Şuşa Müalicə - Sağlamlıq Mərkəzində rayon ərazisindən çıxan Turşsu mineral suyundan istifadə etməklə müalicə vannaları tətbiq olunacaq.

Bu barədə "Sizinxeber.az"un Şuşaya ezam olunan əməkdaşına Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Cabir Muradov bildirib.

"Şuşa Müalicə-Sağlamlıq Mərkəzində əsas bina ilə yanaşı 5 korpus da inşa edilib. Burada əsas binanın şöbələri Yoluxucu xəstəliklər və Hemodializdir. Bina 90 çarpayılıqdır. Sağlamlıq mərkəzi Terapiya, Pediatriya, uşaq və böyüklər üçün poliklinika, Reablitasiya və bərpa, Cərrahiyyə, Ginekologiya və Doğum şöbələrindən ibarətdir."

C.Muradov bildirib ki, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin reablitasiya şöbəsində müalicəvi vannalar fəaliyyət göstərəcək.

"Burada həmçinin Turşsu və yod brom vannalarından da istifadə olunacaq. Vannalar üçün Şuşa rayonundan çıxan Turşsu müalicəvi suyundan istifadə olunacaq”, - o bildirib.

Oxşar xəbərlər

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir
Müalicə-Sağlamlıq Mərkəzi Şuşada əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle