Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir.
APA-nın yerli müxbiri xəbər verir ki, tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.
Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.
Xatırladaq ki, mərkəzin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Oxşar xəbərlər
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər - YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
