“Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
sizinxeber.az xəbər saytı

“Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib


Bu günə qədər Bakı və regionlar daxil olmaqla “Ulduz-reytinq” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) 101 sahibkar müraciət edib.

Bu barədə "Report"a AQTİ-dən məlumat verilib.

Qeyd olunub ki, müraciətlərdən 32 müəssisə müxtəlif reytinq təsnifatları ilə qiymətləndirilib, digər müraciətlərin qiymətləndirilməsi prosesi isə davam edir.

Bakı, Gəncə, Lənkəran bölgələri üzrə "Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilən ictimai iaşə obyektləri üstünlük təşkil edir.

Qeyd edək ki, proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar [email protected] elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.

Oxşar xəbərlər

AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb
Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb
Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 8 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle