Nazir: Texnologiyaların sürətli tətbiqi vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir
sizinxeber.az xəbər saytı

Nazir: Texnologiyaların sürətli tətbiqi vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir


Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir.

“Report”un Qazaxıstan müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən TDT üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər il bir dövlətdə səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə keçirilən iclaslar təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə yanaşı, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.

T.Musayev qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi - tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsi birgə fəaliyyətin əsas istiqamətləridir.

O həmçinin xatırladıb ki, TDT qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb:

“Dörd əsas sütun: ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan təşkilatın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və dəstəyinin nəticəsidir.

Keçən ilin sentyabr ayında Ortaq Türk Əlifbasının qəbul edilməsi ən ali səviyyədə göstərilən dəstək sayəsində mümkün olub. Bu əlamətdar hadisə gələcəkdə digər istiqamətlərdə də ortaq sənədlərin hazırlanmasına və vahid standartların qəbuluna təkan verəcək”.

Oxşar xəbərlər

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
Şuşada "Türktransplant" sisteminin yaradılmasına dair niyyət protokolu imzalanıb - YENİLƏNİB - FOTO
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir
Teymur Musayev: Mərkəzi Asiyanın vərəmlə mübarizəsi Transxəzər təşəbbüsünə çevrilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle