İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər
sizinxeber.az xəbər saytı

İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər


İcbari tibbi sığortada KT və MRT müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq edilə bilər

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.

O qeyd edib ki, bu ilin 11 ayı ərzində icbari tibbi sığorta hesabına 3.2 milyondan çox radioloji tibbi xidmət göstərilib:

"Hazırda KT və MRT müayinələri sığorta hesabına tam ödənişsiz şəkildə həyata keçirilir. Bu əsaslandırılmamış müraciətlərin artmasına, müayinələrdə uzun növbələrə və diaqnostika prosesinin gecikməsinə səbəb olur.
11 ay ərzində göstərilmiş radioloji xidmətlərdən 481 minə yaxını KT və MRT xidmətlərinin payına düşür".

Agentlik rəsmisi vurğulayıb ki, növbəti ildən etibarən tibbi göstəriş əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq 20% məbləğində müştərək maliyyələşmənin tətbiq edilməsi müzakirə olunur.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği müayinə üçün vətəndaş tərəfindən ödənilən məbləğdir. Bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır. Sözügedən mexanizmin tətbiqi qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq.

Oxşar xəbərlər

Agentlik rəsmisi: İcbari tibbi sığorta təminatındakı dərmanların pozitiv siyahısı hazırlanacaq
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
İcbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatlarının sayı açıqlanıb
Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub
Sədr: İcbari tibbi sığortada gələcəkdə müxtəlif ödəniş mexanizmləri tətbiq edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle