15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv qida məhsulları ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Belə ki, həmin məhsulların bitki tərkibli olduğu bəyan edilsə də, aparılan müayinələr nəticəsində nümunələrdə bioloji aktiv qida məhsullarının tərkibində olmasına yol verilməyən təsiredici maddələr aşkarlanıb. Bu isə həmin məhsulların tərkib və etiket məlumatları ilə bağlı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, bioloji aktiv qida məhsulu adı ilə istehlakçılara qida məhsullarının tərkibində istifadəsinə yol verilməyən məhsulu təklif etməklə onların sağlamlığı üçün ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər.
Faktla bağlı bu müəssisələrə məxsus anbarlarda aşkarlanmış ümumilikdə 7362 ədəd məhsulun satışı qadağan edilib və bu günədək 2550 ədəd məhsulun aptek şəbəkələrindən geri çağırılması təmin olunub. Hazırda bu proses davam etdirilir.
Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.
Uyğunsuzluq aşkar edilmiş məhsullar aşağıdakılardır:
| № | Məhsulun adı | İstehsalçı | İdxalçı | Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixləri | Aşkar edilmiş uyğunsuzluq |
| 1. | “Sessoday” | "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti"; | “Bion Medical” MMC | SD00522; | Tadalafil |
| 2. | “Kenzo Man” | "XM World Wide Marketing Kozmetik İlaç Pazarlama San. Dış Tic. Ltd. Şti"; | KM00525; | ||
| 3. | "Kentavr" | "Vitapharm-Com" MMC; | KTV/C-010122; 04.01.2022-04.01.2025 | Sildenafil | |
| 4. | “Klavin Platinum” | "Vitapharm-Com" MMC; | “Miral” MMC | CVP/C-020220; 15.11.2023-15.11.2026 | Sildenafil |
| 5. | "Atom" | "Vitapharm-Com" MMC; | "Biogen Pharm" MMC | ATM/C-010423; 24.07.2023-24.07.2026 | |
| 6. | "Forsaj" | "Vitapharm-Com" MMC; | FRJ/C-020723; 03.07.2023- 03.07.2026 | ||
| 7. | "Mirinda Pasta" | "ACDC Kozmetik Sanayi ve Ticaret A.Ş"; Türkiyə Respublikası | "Nano Pharma-F" MMC | 001; | |
| 8. | "Silovest" | "Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş"; Türkiyə Respublikası | "Vest-Far" MMC | 307; | Tadalafil |
| 9. | "Wolf Power Max" | "Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti"; Türkiyə Respublikası | "Raffoce" MMC | WP 00540; 21.07.2023- 21.07.2026 | Tadalafil |
| 10. | "Supermax Men`s" | "Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti"; Türkiyə Respublikası | Fiziki şəxs Səmədov Azər Mailxan oğlu | SM 00551; 01.01.2023-01.01.2026 | |
| 11. | "XY Men" | "CosmoActive İlaç A.Ş."; | 0004; 04.01.2024-04.01.2027 | ||
| 12. | "Energon" | "Saşera-Med" MMC; Rusiya Federasiyası | "Vest Pharma" MMC | 01; | Sildenafil, Tadalafil |
| 13. | "Eromen" | "Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş"; Türkiyə Respublikası | "Sunay Medical Company" MMC | 633; | |
| 14. | "Mersi" | "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti"; Türkiyə Respublikası | "EN Life Group" MMC | MS 00204; 01/2023-01/2026 | |
| 15. | "Febulus" | "Saşera-Med" MMC; Rusiya Federasiyası | "Glorious Pharmacy" MMC | 01; 04.01.2022-04.01.2025 |
Oxşar xəbərlər
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












