Gürcüstandan Azərbaycana qəhvəyi mərmər bağacığının miqrasiyası artıb
Azərbaycanın şimal-qərb və qərb regionlarında kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən Qəhvəyi mərmər bağacığı Zaqatala, Balakən və sair rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilir.
Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Məlumat üçün bildirək ki, 300-dən çox bitki ilə qidalanan qəhvəyi mərmər bağacığı fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər bitkilərinə yüksək, ərik, qaragilə, gilas, xiyar bitkilərinə isə orta riskli təhlükə yaradır. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.
Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır.
Oxşar xəbərlər
Zaqatala və Balakənə böcəklərin kütləvi hücumu baş verib
Xaçmazda təhlükəli böcəklər yayılıb - FOTO
Azərbaycanda subsidiya proqramında bitkilərin siyahısı genişləndirilib
Cəlilabadda ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
