Zaqatala və Balakənə böcəklərin kütləvi hücumu baş verib
Zaqatala rayonunun əksər kəndlərində qəhvəyi mərmər bağacığı adlı böcək kütləvi şəkildə yayılıb. Artıq evlərə dolan böcəklər hər kəsi narahat etməyə başlayıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ziyanverici böcəklər rayonun Aşağı Çardaqlar, Fındıqlı, Əliabad, Qandax, Kəpənəkçi və digər kəndlərdə müşahidə olunur. Sakinlərin sözlərinə görə təsərrüfatlar, meyvə bağları, evlərin divarları və içərisi böcəklərlə doludur.
Mütəxəssislərin sözlərinə görə, bu böcək 400 növ bitkiyə, 40-a qədər meyvə növünə ciddi zərər vurur. Toxunduqda pis qoxu yayan qəhvəyi mərmər bağacığı əsasən havanın temperaturunun yüksək olduğu saatlarda çoxala bilir.
Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizə Mərkəzinin rəisi Turac Səfərli “Report”un yerli bürosuna bildirib ki, mərkəzin əməkdaşları tərəfindən zərərvericilərin məhv edilməsinə başlanılıb:
“Payız ərəfəsində Zaqatala və Balakən rayonları ərazisində qəhvəyi mərmər bağacığının artımı müşahidə olunur. Qoz bağlarında, digər meyvə bağlarında yığım bitdikdən sonra kimyəvi mübarizə tədbirləri həyata keçiririk. Bağacığın kütləvi yayılmasının qarşısını almaq üçün bizimlə bərabər mən tövsiyə edərdim ki, hər bir vətəndaş özü də səy göstərsin, mexaniki üsulla evlərdə mübarizə aparsın. Bu böcəklər qışlama dövründə daha çox isti yerlərdə, müxtəlif əşyaların arasında gizlənir.
Əvvəlki dövrlərə nisbətən bağacığın yayılma arealı nisbətən genişlənib. Zaqatalanın 8, Balakənin isə 9 kəndində kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mexaniki və kimyəvi mübarizə davam edir. Zaqatalada 40 hektardan çox, Balakəndə isə 69 hektara yaxın ərazidə kimyəvi mübarizə tədbiri aparılıb”.
Oxşar xəbərlər
Zaqatala və Qaxda elektrik enerjisi kəsilib
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır
Azərbaycanın 4 rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Dağlara qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Goranboyun bir neçə kəndinə dolu yağıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












