Xaçmazda təhlükəli böcəklər yayılıb - FOTO
Xaçmaz rayonunda təhlükəli böcəklər yayılıb.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, Nabran və ətraf yaşayış məntəqələrində “mərmər bağacığı” adlanan böcəklər kütləvi yayılmağa başlayıb. Yerli sakinlər bildirir ki, zərərvericilər fərdi təsəərrüfatlarda, bağlarda olan bir sıra bitkiləri məhv edir, evlərə yayılır.
Nabran sakinləri müxtəlif vasitələrlə mübarizə aparmağa çalışsalar da, bu, müsbət nəticə vermir.
Xaçmaz Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, “mərmər bağacığı” adlanan böcəklər aktiv qışlama dövrü olduğu üçün yaşayış sahələrinə, münbit şərait olan tikililərə yayılır. Hazırda bu zərərvericilərə qarşı mexaniki üsullarla mübarizə aparılır.
Xaçmaz Bitki Mühafizəsi Mərkəzinin rəisi Əkbər Ceyhunov qeyd edib ki, yaşayış məntəqələrində kimyəvi mübarizə aparmaq mümkün olmadığı üçün zərərvericilərə qarşı toplayıb məhv etmə üsulundan istifadə edilir. Bu məqsədlə tələlər qurulub.
Qeyd edək ki, xüsusi təhlükəli zərərvericilərdən olan “mərmər bağacığı” MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Rusiyanın Soçi şəhərində müşahidə olunub. Daha sonra Rusiyanın cənub ərazilərinə, Gürcüstana və Azərbaycana yayılıb.
Oxşar xəbərlər
Bakıda ziyanverici həşəratlara qarşı tədbirlər görülür
XI Qlobal Bakı Forumu başa çatıb
Sabah Şəriəti Olimpiadanı medalsız başa vurdu
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Qəzada ölən moped sürücüsünün yeni görüntüləri yayılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












