Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirici videoçarxlar hazırlanıb
Ölkə ərazisində istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili istiqamətində maarifləndirmə işlərinin miqyası genişləndirilib.
Bu barədə "Sizinxeber.az"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd edilib ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTA tərəfindən ictimai iaşə müəssisələrində, keytrinq xidməti göstərən müəssisələrdə qida ilə düzgün davranış qaydalarına həsr olunan maarifləndirici videoçarxlar hazırlanıb. “Qida məhsullarının hazırlanması və çatdırılması xidmətlərinə dair tələblər” adlı videoçarxda ictimai iaşə müəssisələrində məhsulların təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim edilməsi üçün əməl edilməsi zəruri qaydalar haqqında ətraflı məlumat verilib.
Videoçarxda qeyd olunub ki, əvvəlcədən qida obyektində xammalın qəbulu üçün xüsusi sahə ayrılmalı, xammalların çirklənmədən maksimum dərəcədə mühafizə olunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanılmalıdır. Eyni zamanda, istifadə olunan alət və ləvazimatlar təyinatına görə ayrılmalıdır. Həmçinin, iş prosesi zamanı əmələ gələn tullantılar ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarına yığılmalı və iş gününün sonunda həmin tullantılar çirklənmə riski yaratmadan qida obyektindən kənarlaşdırılmalıdır.
Bundan başqa, videoçarxda sözügedən qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmələrin, insan həyat və sağlamlığı üçün risklərin yarana biləcəyi də vurğulanıb.
AQTA tərəfindən hazırlanan “Qida məhsullarının hazırlanması və çatdırılması xidmətlərinə dair tələblər” adlı maarifləndirici videoçarxla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Oxşar xəbərlər
AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
NK-dan qida və yem məhsulları ilə bağlı qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












