Cəlilabadda Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib
sizinxeber.az xəbər saytı

Cəlilabadda Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib


Cəlilabad rayonunda Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 7-8 avqust tarixlərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (oftalmoloq, nevroloq, endokrinoloq) tərəfindən tibbi xidmətlər göstərilib.

Müayinələr Cəlilabad-Salyan tibbi ərazi bölməsinə aid olan Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonları və Lənkəran tibbi ərazi bölməsinə aid olan - Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarının vətəndaşları üçün təşkil edilib.

Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak ediblər.

"Gözləriniz bizə əmanət" layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və onlar ətraflı tibbi müayinələrdən keçiblər.

Oxşar xəbərlər

Cəlilabadda 9 rayonun sakinləri üçün "Gözləriniz bizə əmanət" layihəsi baş tutacaq
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 165-ə çatıb
Lənkəran xəstəxanasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - YENİLƏNİB
TƏBİB-in səlahiyyətləri artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər