Travmatoloq: Körpələrin əllərini ətçəkən maşına salaraq travma alma halları çox olur
Körpələrin əllərini ətçəkən maşına salaraq travma alma halları çox olur.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travmatologiya və ortopediya şöbəsinin həkimi İlham Şıxbabayev canlı yayımda deyib.
O qeyd edib ki, həmçinin skuter kimi nəqliyyat vasitələrindən istifadə zamanı da travma alan uşaqların sayında son zamanlar artım olub:
"Son bir ayda belə halla bağlı Ortopediya İnstitutuna 48 müraciət daxil olub, xəsarət alanlardan 12-si əməliyyat olunub. Digərləri isə ambulator müayinəyə buraxılıb".
İ.Şıxbabayev əlavə edib ki, ilin isti aylarında uşaqlar üçün oyun şəraiti daha geniş olduğu üçün travma halları ilə bağlı müraciətlər çox olur:
"Gün ərzində müraciətlərin 40-ı uşaqların travması ilə bağlıdır. Soyuq aylarda isə əsasən məişət problemləri zamanı baş verən hadisələrə rast gəlinir".
Həkim qeyd edib ki, bəzən valideynlər uşaqlar xəsarət alan kimi sınıqçıya üz tuturlar.
“Lakin müayinə və ya əməliyyat zamanı biz bunun fəsadlarına rast gəlirik. Valideynlərə tövsiyə edirik ki, övladları hər hansı xəsarət halında müvafiq həkimlərə müraciət etsinlər”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Qarlı havada 41 nəfər xəsarət alıb
Qarlı havada 55 nəfər xəsarət alıb - YENİLƏNİB-1
Son sutkada qarlı havada 90 nəfər xəsarət alıb
Səhiyyə Nazirliyi: 111 nəfər qarlı havada xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
