Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib
sizinxeber.az xəbər saytı

Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib


Son altı ayda Naxçıvanda 116 qida zəhərlənməsi hadisəsi baş verib

Bu barədə "Sizinxeber.az" yerli bürosuna Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən ümumilikdə 172 nəfər zərərçəkən olub:

“Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Oxşar xəbərlər

İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Gəncədə qida zəhərlənməsi baş verib
Gəncədə iki nəfər qidadan zəhərlənib
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle