Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 mindən çox zəng daxil olub
sizinxeber.az xəbər saytı

Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 mindən çox zəng daxil olub


TƏBİB-in "815" Çağrı Mərkəzinə fevral ayı ərzində ümumilikdə 12 118 zəng daxil olub.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 11 948-i müvafiq olaraq dərhal cavablandırılıb, 170 müraciət isə araşdırılması üçün qəbul edilib. 39 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 69-u ilə bağlı məsələ həll edilib, 62-si isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

Oxşar xəbərlər

Son üç ayda şəhid ailəsi üzvlərinə 41 minə yaxın tibbi xidmət göstərilib
Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6400-dən çox zəng qəbul edib
"Məhkəmə Çağrı Mərkəzi"nin funksiyaları artırılıb
Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər