Qərbi Azərbaycan İcması UNESCO-nun nümayəndəsi Krista Pikkatın mövqeyini qınayıb
"Biz Qərbi Azərbaycan İcması olaraq UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsi ilə bağlı ifadə etdikləri mövqeyi qınayırıq və rədd edirik".
APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilib.
Bildirilib ki, UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir:
"UNESCO-nun Azərbaycan xalqına qarşı dini və etnik əsasda nümayiş etdirdiyi bu ayrı-seçkilik bu təşkilatın Fransanın əlində anti-Azərbaycan siyasət üçün bir alətə çevrildiyini göstərir. Biz UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı və Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu nəhayət yerinə yetirməyi, o cümlədən, bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edir".
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsini pisləyib
Kamran İmanov: UNESCO ikili standartlara əl atır, vəzifələrini icra etməkdən boyun qaçırır
İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq
Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








