Hacıyev: Xankəndi gənclər mərkəzinə çevrilir
Xankəndi şəhəri gənclər mərkəzinə çevrilir.
"Sizinxeber.az"un Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Xankəndində Qarabağ Universitetində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Xankəndi yeni həyat qazanaraq Cənubi Qafqazın ən dinc şəhərlərindən birinə və gənclər mərkəzinə çevrilir.
"Ümumilikdə, Qarabağ innovasiyalar, inkişaf, tikinti və bərpa ərazisidir. Son beş ildə Azərbaycan diqqətini bu proseslərə yönəldib və münaqişədən sonrakı bərpanın nadir nümunələrindən birini təşkil edir, burada ölkə öz resursları, maliyyə imkanları və institusional mexanizmləri hesabına ərazilərin bərpasını, demək olar ki, sıfırdan həyata keçirir", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb
Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub
Prezidentin köməkçisi: Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
