Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
sizinxeber.az xəbər saytı

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.

İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

Oxşar xəbərlər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır
Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb - VİDEO - YENİLƏNİB
Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı növbəti paylaşım edib
Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçında bərpa işləri ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər