Prezidentin köməkçisi: Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu
Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoydu.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib.
O qeyd edib ki, Azərbaycanın yanaşması yalnız münaqişəni sonlandırmayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub:
“Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir.
Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonrakı prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.
Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa mərhələsinə qədəm qoyur.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb
Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqların yaradılmasında öz mövqeyini ortaya qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
