Belarusun Baş naziri Ağdam sənaye parkında olub
Belarusun Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkını ziyarət edib.
“Sizinxeber.az”un Ağdama ezam olunmuş müxbirinin məlumatına görə, Belarus hökumətinin başçısı parkın fəaliyyəti və rezidentləri ilə tanış olub.
Hazırda 27 sahibkarlıq subyekti parkın rezidenti, daha 5-i isə qeyri-rezidentidir.
Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. İnvestorlar tərəfindən artıq 66 milyon ABŞ dolları sərmayə qoyulub, 649 iş yeri yaradılıb.
Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb.
Parkın fəaliyyətinin prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə və tərəvəzlərin konservləşdirilməsi, ət və süd məhsulları, yem və gübrə istehsalı, həmçinin xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s-dir.
Parkın sahəsi 190 hektardır və ərazinin 70 %-dən çox hissəsi artıq sahibkarların istifadəsinə verilib.
Oxşar xəbərlər
Azərbaycan və Belarus hökumət başçıları Ağdam Sənaye Parkı ilə tanış olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkının rezidentləri indiyədək 22 milyon manatlıq məhsul satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İZİA: Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












