Ağdam Sənaye Parkının rezidentləri indiyədək 22 milyon manatlıq məhsul satıb
sizinxeber.az xəbər saytı

Ağdam Sənaye Parkının rezidentləri indiyədək 22 milyon manatlıq məhsul satıb


İndiyə qədər Ağdam Sənaye Parkının rezidentləri 22,3 milyon manat dəyərində məhsul satışı həyata keçirib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

"190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 %-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda Parkda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Park qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Burada 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər 276 milyon manatdan çox investisiya yatırmağı və 2 400-dən artıq iş yeri yaratmağı nəzərdə tutur. Artıq 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

İZİA: Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Agentlik: Sənaye zonalarında 9 ayda 27 sahibkarlıq subyekti rezidentlik alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər