İngiltərəli səyyah: Qarabağın bərpasında nail olunmuş irəliləyişə heyranam
Qarabağda aparılan tikinti işlərində ciddi nəticələr nisbətən qısa müddətdə əldə edilib.
"Sizinxeber.az"un Şuşa şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə İngiltərədən olan səyyah Riçard Ellis deyib.
O, 50 ildən çox mədən sənayesində çalışdığını və Azərbaycanın tikinti sahəsində nail olduğu irəliləyişləri qiymətləndirməyi bacardığını qeyd edib.
"İngiltərədə tikintiyə icazənin alınması 5 ildən çox vaxt aparacaqdı, lakin bu müddət ərzində burada əldə olunmuş ciddi nəticə artıq özünü göstərir", - səyyah bildirib.
R.Ellis əlavə edib ki, bərpa işlərinin necə irəlilədiyini görmək üçün bir neçə ildən sonra məmnuniyyətlə Qarabağa qayıdardı.
"Burada səyahət etmək çox xoşumuza gəlir və mən həyat yoldaşımla bura mütləq yenidən gələrdim", – o əlavə edib.
Oxşar xəbərlər
Britaniyalı səyyah: Qarabağ hadisələri Qərbdə kifayət qədər işıqlandırılmır
Amerikalı səyyah: Qarabağın arxitekturası valehedicidir
Gürcüstanlı səyyah: Qarabağın necə fəal şəkildə bərpa olunduğunu görmək sevindiricidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib
