sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gürcüstanın xarici səyahətçiləri Şuşaya gəlib
Gürcüstan səyahətçilərinin ikinci qrupu Şuşaya gəlib.
"Report"un məlumatına görə, nümayəndə heyətinin üzvləri Şuşanın görməli yerlərini ziyarət edəcək, şəhərdə aparılan bərpa və tikinti işləri ilə tanış olacaqlar.
Turistlər xüsusən Natəvan Sarayına, “Xan qızı” bulağına və Şahbulağa baş çəkəcək, həmçinin Molla Pənah Vaqifin məqbərəsini və Cıdır düzünü ziyarət edəcəklər.
Qeyd edək ki, Gürcüstandan üç qrup səyyah Qarabağa və Şərqi Zəngəzura gəlib. Səfərdə məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.
Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.
Oxşar xəbərlər
Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib
Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













