Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatların ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.
“Report”un müxbirinin məlumatına görə, səfər zamanı 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.
Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, “Suqovuşan” istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş “Yuxarı Vəng” su elektrik stansiyasında olub.
Kəlbəcər rayonunda isə onlar tarixi abidə - Xudavəng monastır kompleksi ilə tanış olublar.
Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin “İstisu” mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün mütəmadi olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunur.
Oxşar xəbərlər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb - YENİLƏNİB
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə gedir
Xarici diplomatlar Sərsəng su anbarında aparılan bərpa işləri ilə tanış olublar - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Sərsəng su anbarında olub - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
