Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Sərsəng su anbarında olub - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Sərsəng su anbarında olub - FOTO - VİDEO


Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelər işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində bu gün Sərsəng su anbarında olublar.

APA xəbər verir ki, diplomatlar su anbarına baxış keçirib, ərazi ilə tanış olublar.

Qonaqları müşayiət edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev su anbarının fəaliyyəti, işğal zamanı ermənilərin burada törətdikləri vandallıqlar barədə ətraflı məlumat verib.

Qeyd edək ki, xarici qonaqlar səfər zamanı Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri də ziyarət edəcəklər.

Oxşar xəbərlər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici diplomatlar Sərsəng su anbarında aparılan bərpa işləri ilə tanış olublar - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər