Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.
Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.
Oxşar xəbərlər
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB
I Qarabağ müharibəsinin şəhidi Ələkbər Babayevlə vida mərasimi keçirilib
Lökbatanda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub - YENİLƏNİB
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













