İrlandiyalı səyyah: Şuşa xüsusi təəssürat yaratdı
Şuşada gözəl gün oldu.
“Report”un əməkdaşının verdiyi məlumata görə, bunu irlandiyalı səyyah, beynəlxalq MTP (Most Traveled People - Ən çox səyahət edən insanlar) klubunun üzvü Devid Cozef Lanqan Qarabağ və Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
“Bu gün mən Qarabağda, Azərbaycanda xüsusi bir hadisə ilə bağlı səfərdəyəm. Mən dünyada çox sayda poçt şöbələrində oldum, özümə və dostlarıma açıqcalar göndərdim - bu, sadəcə bir xatirə deyil, həm də poçt sisteminin necə işlədiyini yoxlamaq üçün bir üsuldur”, - o bildirib.
Səyyahın sözlərinə görə, Şuşada müasir poçt şöbəsinə baş çəkmək onun üçün xüsusilə yaddaqalan olub.
“Yeni, texnoloji cəhətdən inkişaf etmiş filial, inanılmaz mehriban heyət - hər yerdə gülən simalar, əla xidmət. Qarabağda, Şuşada gözəl gün idi” – Lanqan qeyd edib.
O, Şuşadan göndərdiyi, üzərində qalanın təsviri olan açıqcanın onun üçün xüsusi xatirəyə çevriləcəyini vurğulayıb.
“Açıqca evə çatanda Qarabağdan göndərilənlərin xatirəsi olacaq. Açıqcada möhür və tarix də olacaq. Burada olduğuma görə şadam”, - o qeyd edib.
Oxşar xəbərlər
İrlandiyalı səyyah: Qarabağda basdırılmış minaların sayını öyrənəndə şoka düşdüm
“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
Səyyah: Qədim Şuşa şəhəri məndə böyük təəssürat yaratdı
Şuşadan poçt vasitəsilə ABŞ, Kanada və İrlandiyaya ilk məktub göndərilib - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
