Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü" münasibətilə görüş keçirilib
sizinxeber.az xəbər saytı

Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü" münasibətilə görüş keçirilib


Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü" münasibətilə görüş təşkil olunub.

Sizinxeber.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün media nümayəndələrini səhər yeməyinə dəvət edib.

Görüşdə qonaqlara Türkiyənin zəngin kulinariya irsini əks etdirən müxtəlif təamlar təqdim olunub.

Səfir Birol Akgün çıxışında bildirib ki, UNESCO tərəfindən qəbul edilən “Dünya səhər yeməyi günü” hər il iyun ayının ilk bazar günü qeyd olunur. Bu günün məqsədi səhər yeməyinin mədəniyyətlərarası əlaqələrdə oynadığı rolu vurğulamaq və Türkiyə mətbəxinin zənginliyini dünyaya tanıtmaqdır.

Diplomat qeyd edib ki, Türkiyənin tanıdılmasına böyük töhfə verən səhər yeməyi mədəniyyəti hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türkiyə təmsilçiliklərində də qeyd olunur. Bu təşəbbüs, eyni zamanda, qonaqpərvərlik və paylaşma kimi ortaq dəyərlərin təbliğinə xidmət edir.

Türkiyə səfiri həmçinin yaxın vaxtlarda Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək tədbirlər barədə məlumat verib: “Azərbaycan və Türkiyə arasında münasibətlər artan xətlə inkişaf edir, yaxın vaxtlarda bilinən 6 tədbir olacaq. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq”.

Oxşar xəbərlər

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Cahit Bağçı vəzifəsini yeni səfirə təhvil verib
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib
Türkiyə səfiri: Xocalı faciəsi insanlıq adına qara ləkədir
Türkiyənin Azərbaycandakı səfiri Elçin Əmirbəyovla regional və beynəlxalq məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər