Türkiyə Prezidenti: Azərbaycanla münasibətlərimizi dünyaya nümunə olacaq səviyyəyə qaldırırıq
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti: Azərbaycanla münasibətlərimizi dünyaya nümunə olacaq səviyyəyə qaldırırıq


Qarabağın daha əvvəl dünyaya açılan qapıları Füzuli və Zəngilan beynəlxalq hava limanlarını İlham qardaşımla birlikdə açmışdıq. Bu gün də nə xoşbəxtik ki, Laçın Beynəlxalq Hava Limanını açmaq yenə bizlərə nəsib oldu.

Sizinxeber.az-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıq qururlar: “İlham qardaşımın töhfələri ilə münasibətlərimizi hər keçən gün sadəcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə qaldırırıq”.

Oxşar xəbərlər

Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
Ərdoğan: Dinləyəcəyimiz mahnılarda Qarabağın azad torpaqlarının səsi var
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB
Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
Azərbaycan və Türkiyə prezidentləri Cənubi Qafqazla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle