Sizinxeber.az » Siyasət » Xarici siyasət » Gürcüstanın mədəniyyət naziri: Azərbaycan regionda təhlükəsizliyin, sülhün və mehriban qonşuluğun rəmzidir

Gürcüstanın mədəniyyət naziri: Azərbaycan regionda təhlükəsizliyin, sülhün və mehriban qonşuluğun rəmzidir

Azərbaycan regionda təhlükəsizliyin, dostluğun, sülhün və mehriban qonşuluğun rəmzidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Heydər Əliyev Mərkəzində Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən konsertdə təbrik nitqində deyib.

Nazir vurğulayıb ki, Gürcüstan Azərbaycanla möhkəm dostluq əlaqələri ilə fəxr edir: "Etiraf etmək istəyirəm ki, Azərbaycanı çox sevirəm və bu gün burada olmaqdan şadam. Azərbaycan mənim sevimli ölkələrimdən biridir".

Ruxadze onu da qeyd edib ki, bu gün Azərbaycan xalqının Ümummilli liderinin şərəfinə adlandırılan Heydər Əliyev Mərkəzində çıxış etmək onun üçün böyük şərəfdir: “Bu, təkcə Gürcüstanın mədəniyyət naziri kimi deyil, həm də bir gürcü, xalqımın nümayəndəsi kimi mənim üçün şərəfdir”.

Nazir Azərbaycan ilə Gürcüstan arasında dostluq və mədəni əlaqələrin əsrlər boyu inkişaf etdiyini məmnunluqla bildirib. Ruxadze əlavə edib ki, Gürcüstan Mədəniyyət Nazirliyi azərbaycanlı həmkarları ilə bir çox birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

Sonda nazir Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan dilində təbrik edib: "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!"

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !