Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Mehriban Əliyevanı təbrik edib
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Sizinxeber.az"un məlumatına görə, mətndə deyilir:
"Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.
İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.
Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.
Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.
Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!"
Oxşar xəbərlər
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru İlham Əliyevi təbrik edib
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
