Vyetnamın Baş prokurorunun müavini: Korrupsiyaya qarşı qlobal təşəbbüsləri dəstəkləyəcəyik
sizinxeber.az xəbər saytı

Vyetnamın Baş prokurorunun müavini: Korrupsiyaya qarşı qlobal təşəbbüsləri dəstəkləyəcəyik


Vyetnam “GlobE Network” daxil olmaqla, çoxtərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində korrupsiya cinayətlərinə qarşı mübarizədə qarşılıqlı dəstək göstərmək niyyətindəyik.

"Report" xəbər verir ki, bu barədə Vyetnamın Baş prokurorunun müavini Nquyen Quanq Zunq Bakıda keçirilən “GlobE Network”un 6-cı plenar iclasının sessiyası çərçivəsində jurnalistlərə bildirib.

O, sessiyanın Azərbaycanda təşkilini yüksək qiymətləndirib: "Bu il gözəl Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir. İclasın uğurla keçiriləcəyinə inanırıq".

Baş prokurorun müavini bildirib ki, Vyetnam Azərbaycanla qurulan uzunmüddətli dostluq münasibətləri ilə qürur duyur: "Keçmişdə bir çox vyetnamlı tələbə Azərbaycanda təhsil alıb və bu gün dövlət qurumlarında rəhbər vəzifələr tuturlar. Bundan əlavə, Azərbaycan Vyetnamın neft və qaz sənayesinin qurulması və inkişafında əhəmiyyətli dəstək göstərib. Bu isə ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərib".

Oxşar xəbərlər

"GlobE Network" rəsmisi: Üzv ölkələrdə yaşayan insanlar korrupsiyadan xilas olmalıdır
Səudiyyə Ərəbistanı nümayəndəsi “GlobE Network”un 6-cı plenar sessiyasındakı təşkilatçılığı yüksək qiymətləndirib
Prezident İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət edib
De Moraes Soares: Bakıdakı müzakirələr "GlobE Network" platformasını gücləndirməlidir
Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər