Prezident: Azərbaycan  korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib
sizinxeber.az xəbər saytı

Prezident: Azərbaycan  korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib


Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşıb:

"Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət edib
Baş Prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır
Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik
Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir
Baş prokurorun müavini: Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər