

Deputat: Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək
Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlər inkişaf edəcək.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycanla Pakistan arasında siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf edir, amma iqtisadi sahədə bunu demək mümkün deyildi: “Hər iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində imzalanmış sənədlər və bu sənədlərin hüquqi qüvvəyə minməsi iki ölkə arasında münasibətlərin inkişafına yeni nəfəs verəcək. Azərbaycan zəlzələ, sel və daşqınlar kimi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün hər zaman Pakistanın yanında olub. Pakistan yeganə ölkədir ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın müstəqilliyini bu gün də tanımır. Ölkə başçılarımızın qarşılıqlı səfərləri zamanı Pakistanla əlaqələrin inkişafı ilə bağlı 50-dən çox sənəd imzalanıb. Ticarət dövriyyəmiz münasibətlərimizin ruhuna uyğun deyil. İki ölkə arasında razılaşdırılmış sənədlərin hüquqi qüvvəyə minməsi ölkələrimiz arasında iqtisadi münasibətlərin də inkişafına töhfə verəcək”.
Oxşar xəbərlər
Azərbaycan və Pakistan bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Pakistan arasında imzalanmış 3 saziş təsdiqlənib
Azərbaycan və Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
