Seno Klosi: Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır
Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır.
“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.
“Albaniya 2026-cı ildə Azərbaycandan idxala başlamaq məqsədilə qazın tədarükü və energetikada istifadəsi üçün mümkün yolları araşdırmağa çalışır. Ölkəmiz həmçinin Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”, – o, agentliyin sualını cavablandırarkən jurnalistlərə deyib.
Nazir müavininin sözlərinə görə, Albaniya enerji sektorunda yüksək inkişaf tempi nümayiş etdirsə də, qazlaşdırma sahəsində hələ də geri qalır.
“Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkədir, lakin qaz sahəsində geri qalır”, – Klosi vurğulayıb.
O qeyd edib ki, Azərbaycanla əməkdaşlıq Albaniyaya öz enerji sistemini genişləndirmək və modernləşdirmək üçün imkanlar yaradır.
“Məhz buna görə də biz Azərbaycandan qaz tədarükünü strateji layihə kimi nəzərdən keçiririk və enerjinin digər istiqamətlərində də qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırıq”, – o əlavə edib.
Klosi həmçinin bildirib ki, SOCAR-ın dəstəyi ilə Albaniya biznes planının hazırlanması da daxil olmaqla layihənin ilkin mərhələsini tamamlayır.
“Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, eləcə də ümumiyyətlə enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq”, – albaniyalı məmur söyləyib.
Nazir müavini vurğulayıb ki, Albaniya artıq günəş batareyaları və külək stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən fəal şəkildə istifadə edir. “Gələcək bunlardadır. Lakin belə texnologiyaları idarə etmək asan deyil və biz Azərbaycanla möhkəm və səmərəli əməkdaşlıq qurduğumuza görə şadıq”, – deyə Klosi açıqlamasını yekunlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir
BOEM və enerji keçidi Azərbaycan və Səudiyyə Ərəbistanı üçün strateji prioritetlərdir
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq"
İtaliya rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığı planlaşdırırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












