Bakı və Nayrobi arasında ilk siyasi məsləhətləşmələr keçirilib
sizinxeber.az xəbər saytı

Bakı və Nayrobi arasında ilk siyasi məsləhətləşmələr keçirilib


Nayrobidə Azərbaycan və Keniyanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

"Report" xəbər verir ki, bu barədə Keniya tərəfini təmsil edən ölkənin Xarici İşlər Nazirliyinin (XİN) katibi Korir Sinq'Oey məlumat verib.

Azərbaycan nümayəndə heyətinə isə XİN başçısının müavini Yalçın Rəfiyev rəhbərlik edib.

"Məhsuldar müzakirələrin yekunları üzrə ölkələrimiz ticarət və investisiya, kənd təsərrüfatı, müdafiə, texnologiya, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməyi öhdəsinə götürdü. Biz Azərbaycanın Bakıda keçirilən COP29 iqlim konfransına rəhbərliyini yüksək qiymətləndirdik. Həmçinin, Azərbaycanın itki və zərər fondunun reallaşdırılması, 300 milyard dollar həcmində yeni kollektiv kəmiyyət hədəfi vasitəsilə iqlim maliyyələşdirməsinin artırılması məsələsindəki səylərini yüksək qiymətləndiririk", - K.Sinq'Oey sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Bakı və Nayrobi Qoşulmama Hərəkatı çərçivəsində də əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər.

Oxşar xəbərlər

Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan ilə Ruanda arasında siyasi məsləhətləşmələrin ilk iclası təşkil olunub
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib
Azərbaycan Nepalla investisiya əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirib
Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər