sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nepal Prezidenti Azərbaycan XİN rəhbərinin müavinini qəbul edib
Bu gün Nepal Prezidenti Ramçandra Paudel Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovu qəbul edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Nepal mediası məlumat yayıb.
Katmanduda Prezident sarayında keçirilən görüşdə Prezident Paudel iki ölkə arasında münasibətlərin yeni inkişaf tempindən məmnunluğunu ifadə edib.
Bakıda keçirilmiş COP-29-da Nepalı təmsil etdiyini xatırladan dövlət başçısı Nepal ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Nepal və Azərbaycan arasında ilk siyasi məsləhətləşmələr dünən Elnur Məmmədovun səfərindən sonra Katmanduda keçirilib.
Elba Nur
Oxşar xəbərlər
Azərbaycan dövlət başçısı Nepal Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan dövlət başçısı Nepal Prezidenti ilə görüşüb
İlham Əliyev Nepal Prezidenti ilə görüşüb
Nepal Prezidenti Azərbaycana səfər edəcək
Leyla Əliyeva Nepalın Prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













