Sizinxeber.az » Siyasət » Xarici siyasət » Səfir: İtaliya 2024-cü ildə Azərbaycanda verilən vizaların sayını iki dəfə artırıb

Səfir: İtaliya 2024-cü ildə Azərbaycanda verilən vizaların sayını iki dəfə artırıb

2024-cü ildə İtaliyanın Azərbaycanda verdiyi vizaların sayı 2023-cü illə müqayisədə iki dəfə artaraq 13,5 minə çatıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Cianfrançesko "Agenzia Nova" nəşrinə müsahibəsində bildirib.

Verilən vizaların sayının artmasını şərh edən səfir qeyd edib ki, 2025-ci il mayın 13-dən Bakı və Milan arasında gündəlik aviareyslər həyata keçiriləcək.

"Mən bir il əvvəl İtaliyanın Bakıdakı səfiri vəzifəsinə başladım və bu müddət ərzində Azərbaycanda İtaliyaya marağın turizm də daxil olmaqla bir çox sahədə artdığını müşahidə edirəm - 2024-cü ildə biz təxminən 13 500 viza vermişik ki, bu da 2023-cü illə müqayisədə iki dəfədən çoxdur. Bundan əlavə, İtaliyaya belə maraq son ildə, ilk növbədə, siyasi səviyyədə görüşlərin və səfərlərin daha da intensivləşməsi sayəsində mümkün olub.

Məsələn, İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni COP29 dövlət və hökumət başçılarının Sammitində iştirak etmək üçün Bakıya səfər edib ki, bu da Azərbaycan hakimiyyəti tərəfindən xüsusilə yüksək qiymətləndirilib. Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani sentyabrda Nyu-Yorkda BMT-nin illik Baş Assambleyası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb və orada Cənubi Qafqazda vəziyyətin sabitləşməsi maraqları naminə İtaliyanın Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini təsdiqləyib", - deyə diplomat bildirib.

Luka Di Cianfrançesko həmçinin vurğulayıb ki, Bakı və Roma ən yüksək səviyyədə aktiv şəkildə qarşılıqlı əlaqə saxlayırlar.

"Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə Çernobbio Forumunda iştirak etmək üçün İtaliyaya səfər edib, İtaliya Prezidenti Sercio Mattarella ilə görüş keçirib. Bu, altı il ərzində prezidentlər arasında dördüncü görüş idi ki, bu da ən yüksək səviyyədə münasibətlərin intensivliyini təsdiqləyir", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !