“Azərbaycan Dəmir Yolları” yük daşımalarını 2 %-ə yaxın artırıb
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 18 milyon 565 min ton yük daşıyıb.
“Report” quruma istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,5 % çoxdur.
Ötən il daşınmış yüklərin 8 milyon 161 tonu beynəlxalq daşımaların payına düşüb ki, bu da əvvəlki ilə nisbətən 0,3 % çoxdur.
Bundan başqa, hesabat ilində səhmdar cəmiyyəti 7 milyon 296 min ton tranzit yük daşıyıb ki, bu da illik müqayisədə 6,2 % çoxdur.
İl ərzində daxili daşımaların həcmi isə 3 milyon 107 min ton olub ki, bu da 1 il əvvələ nisbətən 4,9 % azdır.
2024-cü ildə yükdaşımalarda istifadə edilmiş qatarların orta gündəlik sayı 7,6 olub ki, bu da 2023-cü illə müqayisədə 5,5 % çoxdur. Hesabat ilində istifadə edilmiş konteynerlərin sayı isə 0,2 % azalaraq 71 239 olub.
Oxşar xəbərlər
"Azərbaycan Dəmir Yolları" tranzit yüklərin daşınmasını 8 % artırıb
Ölkənin audit bazarı 20 % böyüyüb
Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb
Gürcüstan turizm gəlirlərini 7 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













