Azərbaycan sığortaçıları məcmu xalis mənfəətini 3 %-ə yaxın artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan sığortaçıları məcmu xalis mənfəətini 3 %-ə yaxın artırıb


Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin 2024-cü ildə məcmu gəlirləri 1 milyard 362,32 milyon manat təşkil edib.

“Sizinxeber.az” xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 21,9 % çoxdur.

Ötən il sığortaçıların məcmu xərcləri isə əvvəlki ilə nisbətən 25,9 % artaraq 1 milyard 177,865 milyon manat olub. Şirkətlərdən 11-nin gəlirləri, 11-nin də xərcləri artıb.

2024-cü ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 184,455 milyon manat olub ki, bu da 2023-cü illə müqayisədə 1,4 % çoxdur. 9 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə azalıb, 1 şirkətdə isə maliyyə zərəri azalıb.

2024-cü ildə sığorta şirkətləri 32,754 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2023-cü ilə nisbətən 4,1 % azdır. 16 şirkətdən 9-u vergi ödənişlərini artırıb, 5-i vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 2 şirkət ötən il də vergi ödəməyib.

2024-cü ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 151,701 milyon manat olub. Bu da 2023-cü illə müqayisədə 2,7 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 9 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri azalmış 1 şirkətin həm də xalis zərəri azalıb.

Oxşar xəbərlər

Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
“Azəralüminium”un xalis mənfəəti 9 dəfə azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər