ATƏT-in baş katibinin Cənubi Qafqaza səfəri təşkilatın sülhün təmin edilməsinə sadiqliyini nümayiş etdirir
ATƏT-in baş katibi Feridun Sinirlioğlunun Cənubi Qafqaza səfəri təşkilatın regionda sülh və sabitliyin təmin edilməsinə qəti sadiqliyini nümayiş etdirib.
"Report" xəbər verir ki, bu barədə ATƏT-in baş katibin regiona səfərinin yekunlarına dair məlumatında bildirilib.
Məlumatda vurğulanıb ki, bu, eyni zamanda aktual çağırışların həllinə yönəlmiş səylərə dəstəyin ifadəsidir.
Təşkilatdan bildirilib ki, həm İrəvanda, həm də Bakıda baş katib ölkələrin regional sülh və sabitliyin təmin edilməsi istiqamətindəki səylərini alqışlayıb və sülh sazişinin tezliklə imzalanacağına ümid ifadə edib.
"Sülh sazişi mətninin razılaşdırılması barədə xəbər ilhamverici hadisədir. ATƏT Ermənistan və Azərbaycanı dayanıqlı sülhə doğru gedən yolda dəstəkləməyə hazırdır", - F.Sinirlioğlunun sözləri təqdim edilib.
Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanda olarkən baş katib Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət edib. Bildirilib ki, burada nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Oxşar xəbərlər
Baş katib: ATƏT Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyəcək
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür
ATƏT-in Baş katibi Azərbaycan və Ermənistanı sülh üçün dialoqa davam etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
